Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin Laçın səfəri - siyasi və iqtisadi gücümüzün daha bir nümayişi - ŞƏRH

Prezident İlham Əliyevin Laçın səfəri - siyasi və iqtisadi gücümüzün daha bir nümayişi -  ŞƏRH

Bakı, 28 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Laçın və Kəlbəcər rayonlarına səfərləri maraqlı məqamlarla yadda qaldı. Bizə dost və düşmən münasibət bəsləyən qüvvələr azad olunmuş ərazilərimizdən verilən mesajlardan xəbərdar oldular, özlərinə pay götürdülər. Təbii ki, bu səfərlərin ən böyük təsiri Böyük Qayıdış prosesinədir. Biz artıq görürük ki, insanlarımız necə böyük həvəslə, sevinclə öz dədə-baba torpaqlarına qayıtmaq istəyirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərlərinin bir neçə mühüm əhəmiyyəti olduğunu bildirən T.Mirkişili deyib: “Bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir. Deməli, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Prezidentin Sərəncamına əsasən, Laçın və Kəlbəcər rayonları yenidən qurulur, orada böyük sənaye müəssisələri, turizm və kənd təsərrüfatı obyektləri, hotel və mehmanxanalar, məktəb və xəstəxanalar inşa edilir. Bu, bütövlükdə dövlətimizin iqtisadi gücünün göstəricisidir. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilən ərazilərin yenidən qurulması Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Rayonlarımızın yenidən qurulması, keçmiş köçkünlərin oraya yerləşdirilməsi planlı şəkildə həyata keçirilir. Qırx dörd günlük Vətən müharibəsindən sonra özlərini siyasətçi, ekspert adlandıran bəziləri deyirdilər ki, buraxın insanları gedib dədə-baba yurdlarında özlərinə istədikləri kimi ev tiksinlər, orada yaşasınlar. Müharibədən sonra həmin ərazilərdə partlayan, zərərsizləşdirilən minalar bu çıxışların nə qədər məsuliyyətsiz yanaşma olduğunu göstərir. Ona görə də Böyük Qayıdış prosesi düşünülmüş şəkildə, planla həyata keçirilir”.

T.Mirkişili qeyd edib ki, Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə həyatın və soydaşlarımızın qayıtması üçün sürətli işlərin aparılacağını bildirmişdi. İndi orada fasiləsiz şəkildə tikinti-quruculuq işləri aparılır. O ərazilər böyük bir tikinti meydançasını xatırladır. Hər kəs böyük həvəs və məsuliyyətlə iş görür. İnsanlarımızın əlverişli şəraitdə yaşaması üçün bütün lazımlı addımlar atılır. Xatırlayırsınızsa, dövlətimizin başçısı 2011-ci ilin dekabrın 24-də özünün 50 illik yubileyində Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşdü. Öz ad gününü Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə qeyd edən Azərbaycan Prezidenti Laçın rayonundan olan məcburi köçkün ailələri üçün salınan yeni yaşayış qəsəbəsinin açılışını etdi və orada bildirdi ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün öz dədə-baba yurdlarında gözəl evlər tikiləcək. Doqquz il sonra Prezident İlham Əliyev xalqa verdiyi sözü reallığa çevirdi. Mədəniyyətimizin paytaxtı olan Şuşada bu gün Azərbaycan bayrağı dalğalanır.

“İki gün öncə Laçında təşkil olunan bayram tədbiri, atəşfəşanlıq möhtəşəm idi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın insanlarla səmimi söhbəti uzun müddət yaddaşlardan silinməyəcək. Bir zamanlar Taxtakörpüdə doğum günündə məcburi köçkünlərlə görüşən dövlətimizin başçısının bu gün Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış etməsi heyrətamiz idi. Prezidentin Laçına son səfəri zamanı sakinlər qarşısında çıxışı, verdiyi siyasi mesajlar mühüm əhəmiyyət kəsb etdi. Dövlətimizin başçısı müharibədən sonra Azərbaycanın güclənən mövqeyini bir daha ifadə etdi. Açıq şəkildə bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Ölkəmizə qarşı bəzi qüvvələr tərəfindən aparılan kampaniya, çirkin təbliğat bizi haqq yolumuzdan döndərə bilməz. Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul etmək məcburiyyətindədir. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma, oraların gülüstana çevrilməsi dünya dövlətlərini, beynəlxalq təşkilatları bir daha düşündürməlidir. Biz xarabalığa çevrilmiş ərazilərə həyat bəxş edirik, orada yaşıllıq salırıq, gözəllik yaradırıq. Bəs ermənilər nə etmişdilər? Pis niyyətli insanlar, qüvvələr təkcə Laçının və digər rayonlarımızın müharibədən öncəki və indiki fotolarını yanaşı qoyub müqayisə aparsınlar. Əgər ədalətləri, vicdanları varsa həqiqəti etiraf etsinlər. Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa söykənir və ölkəmiz həm döyüş meydanında, həm siyasi müstəvidə bunu diktə edərək gücünü göstərib”, - deyə komitə sədri vurğulayıb.

O, sonda əlavə edib ki, Prezident İlham Əliyevin Laçına səfəri Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin növbəti nümayişi kimi də yadda qaldı. Eyni zamanda, biz ora qayıdış edən sakinlərin üzlərində olan sevinci, dövlətimizin başçısına və birinci xanıma olan sevgini bir daha görmüş olduq. İnsanlarda gələcəyə inam və öz liderinə güvən var idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir