CƏMİYYƏT
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar yazılı imtahan keçiriləcəkdir
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Baş Prokurorluq tərəfindən noyabrın 16-da Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (ünvan: Bakı şəhəri, A.Sultanova küçəsi, 5) prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqənin ikinci mərhələsi olan yazılı imtahan keçiriləcəkdir. İmtahan saat 10.00-da başlayacaq və 4 saat davam edəcəkdir.
İmtahana buraxılmış namizədlər “Yaddaş kitabçası”nı və “Yazılı imtahana buraxılış vərəqəsi”ni noyabrın 14-də saat 9.00-dan 18.00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi,7) şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilərlər.
Namizədlər yalnız “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. “Yaddaş kitabçası”nda imtahanın keçirilmə qaydası barədə ətraflı məlumat verilmişdir.
Əlavə məlumatı 437-28-56, 492-63-62, 492-74-32 və 492-62-23 nömrəli telefonlarla almaq olar.