DÜNYA
Prosedurların sadələşdirilməsi nəticəsində 358 min ukraynalı Polşada işlə təmin olunub
Varşava, 29 iyul, AZƏRTAC
Məşğulluq bazarına giriş qaydalarının sadələşdirilməsi nəticəsində 358 min ukraynalı Polşada işlə təmin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ailə və Sosial Siyasət Nazirliyi təsdiqləyib.
Qaydalara əsasən, fevralın 24-dən sonra Polşaya gələn Ukrayna vətəndaşları xüsusi iş icazəsi üçün müraciət etmədən işə başlaya bilərlər. Eyni zamanda ukraynalı qaçqınlara polyak dilini öyrənmə imkanları yaradılıb və məşğulluqla bağlı digər prosedurlar da sadələşdirilib.
Polşa Sərhəd Mühafizəsinin son məlumatları göstərir ki, fevralın 24-dən bəri əksəriyyəti qadın və uşaqlardan ibarət təxminən 5,08 milyon qaçqın Polşa-Ukrayna sərhədindən Polşaya keçib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava