Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəşaçma yarışının qalibi serbiyalı idmançı olub [YENİLƏNİB] VİDEO

“Bakı-2015”-də qadınlar arasında atıcılıq idmanının səngər stendi yarışının qalibi ispaniyalı Fatima Qalvez olub. O, mümkün 15 atışdan 13-nü düzgün yerinə yetirərək San-Marino idmançısı Arianna Perillini qızıl medaldan məhrum edib. Rusiyalı Elena Tak isə bürünc medala sahib olub.

Qaliblərə medalları San-Marino Milli Olimpiya Komitəsinin prezidenti Can Primo Cardi təqdim edib.

17:02

Qadınlar arasında atıcılıq idmanının səngər stendi yarışının final mərhələsi başlayıb.

Finalda ispaniyalı Fatima Qalvez ilə San-Marino idmançısı Arianna Perilli qızıl medal uğrunda mübarizə aparırlar.

Rusiyalı Elena Stak ilə Tatyana Barsuk isə bürünc medal uğrunda yarışırlar.

Azərbaycan idmançısı Alina Rəfixanova yarışın təsnifat mərhələsində mübarizəni dayandırıb.

16:32

Birinci Avropa Oyunlarında qadınlar arasında atıcılıq idmanının səngər stendi yarışının yarımfinal mərhələsi keçirilir.

Yarımfinalda Rusiya, Türkiyə, İspaniya, Finlandiya və San-Marino idmançıları mübarizə aparırlar. Rusiya bu mərhələdə iki idmançı ilə təmsil olunur. Digər ölkələrdən isə bir idmançı mübarizəyə qoşulub.

14:46

“Bakı-2015” birinci Avropa Oyunlarının atıcılıq idman növünün qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəşaçma yarışının qalibi serbiyalı Andera Arsoviç olub.

Səkkiz ölkədən idmançıların mübarizə apardığı finalda A.Arsoviç 207.8 xal qazanaraq qızıl medala yiyələnməklə gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Yarışda gümüş medala isveçrəli Sara Hornonq, bürünc medala isə almaniyalı idmançı Barbara Enqleder sahib çıxıb.

Sonra qaliblərin mükafatlandırma mərasimi olub. Qaliblərə medalları Avropa Atıcılıq Konfederasiyasının vitse-prezidenti Pekka Kusisto təqdim edib.

Andera Arsoviç 2010-cu ildə Avropa çempionatının qalibi və 2013-cü ildə dünya kubokunun sahibi olub. Bundan başqa o, “London-2012”də iştirak edib.

14:15

"Bakı-2015" birinci Avropa Oyunlarının atıcılıq idman növünün qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəşaçma yarışlarının finalında 8 ölkənin idmançısı mübarizə aparır. Yarışın qalibi qızıl medal almaqla yanaşı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ da qazanacaq.

12:56

Qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəşaçma yarışının təsnifat mərhələsi başlayıb.

Azərbaycan təmsilçilərinin iştirak etmədiyi bu yarışda 39 idmançı mübarizə aparır.

12:49

Otuz beş idmaçının mübarizə apardığı kişilər arasında 10 metrdən hava tüfəngi ilə atəş yarışının qalibi məlum olub. Belaruslu idmançı Vitali Bubnoviç finalda 206,6 nəticə göstərərək qızıl medala sahib çıxıb. O, "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ da qazanıb. Gümüş medala “Bakı-2015”-in idman elçisi italiyalı Nikkolo Kampriani, bürünc medala isə israilli Serqey Riçter sahib çıxıb.

Sonra qaliblərin mükafatlandırma mərasimi olub. Qaliblərə medalları Avropa Atıcılıq Konfederasiyasının vitse-prezidenti Kerstin Bodin təqdim edib.

Qeyd edək ki, Vitali Bubnoviç 2014-cü il Dünya Çempionatında üçüncü yeri tutub.

12:41

Artıq qadınlar arasında səngər stendi yarışının təsnifat mərhələsi də start götürüb.

Səngər stendi yarışında Azərbaycanı 21 yaşlı Alina Rəfixanova təmsil edir. O, son iki ildə atıcılıqla məşğul olmasına baxmayaraq, güclü oyunçudur. A.Rəfixanova Avropanın ən yaxşı beş idmançısı, Olimpiya və dünya çempionları ilə mübarizə aparacaq.

12:34

Kişilər arasında səngər stendi yarışının təsnifat mərhələsi də başlayıb.

Bu mərhələdə Azərbaycan idmançılarından Elvin İsmayılov və Əlmirzə Quliyev mübarizə aparacaq.

10:24

Kişilər arasında 10 metrdən hava tüfəngi ilə atəş yarışının təsnifat mərhələsi başlayıb.

Bu mərhələdə 35 idmançı mübarizə aparır. Yarışda Azərbaycan idmançısı iştirak etmir.

09:44

İyunun 16-da Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışları başlayıb.

AZƏRTAC xəbər verir ki, iyunun 22-dək davam edəcək yarışların ilk günündə kişilər və qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəş açmaq, o cümlədən kişilər və qadınların səngər stendi yarışları keçirilir. Kişilər arasında səngər stendi yarışının ilk təsnifat mərhələsində Azərbaycanı Elvin İsmayılov və Əlimirzə Quliyev, qadınların yarışında isə Alina Rafiqxanova təmsil edir.

Yeddi yarış günündə ümumilikdə 210 kişi və 120 qadın idmançı 19 medal dəsti uğrunda mübarizə aparacaq. Yarışlar 9 kişi, 6 qadın və 4 qarışıq komanda halında keçiriləcək. Bu idman növündə Azərbaycanı 10 idmançı təmsil edir.

Bununla yanaşı, 15 fərdi yarışın qalibləri birbaşa “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, atıcılıq ilk dəfə Olimpiya Oyunlarının proqramına 1896-cı ildən daxil edilib. 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Zemfira Meftəhəddinova qızıl medal qazanıb.

Qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəşaçma yarışının qalibi serbiyalı idmançı olub [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək