İDMAN
Qadınlar arasında bir metr tramplindən suya tullanma yarışının qələbə sevincini rusiyalı idmançı yaşayıb [YENİLƏNİB]
Qadınlar arasında bir metr tramplindən suya tullanma yarışının qızıl medal sevincini Mariya Polikova (419.45) yaşayıb.
Gümüş medalı almaniyalı Stavczynski Louisa (392.20), bürünc medalı isə ukraynalı idmançı Diana Şelestyuk (388.45) qazanıb.
20:34
Kişilər arasında üç metr hündürlüyündə tramplindən suya sinxron tullanma yarışının qızıl medalını rusiyalı atletlər İliya Molçanov və Nikita Nikolayev (324.69) cütlüyü qazanıb.
Gümüş medala Böyük Britaniya idmançıları Ceyms Hitli və Ross Haslam (286.05), bürünc medala isə Almaniya təmsilçiləri Frityof Seydel və Niko Herzoq (284.22) sahib olublar.
Bir qədər əvvəl qadınlar arasında bir metr hündürlüyündə tramplindən tullanma yarışı başlayıb.
19:57
Kişilər arasında üç metr hündürlüyündə tramplindən sinxron tullanma üzrə yarışların final mərhələsi başlayıb.
Bu növ üzrə Avstriya, Rusiya, Almaniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Danimarka, Ukrayna, İsveçrə, İtaliya və Bolqarıstan idmançıları yarışırlar.
13:40
Qadınların bir metr tramplindən suya tullanma yarışının 12 finalçısı bəlli olub.
Bu növ üzrə 20 ölkədən 29 idmançı mübarizə aparıb. Atletimiz Olqa Bikovskaya 265.20 balla 27-ci yerdə qərarlaşıb və finala yüksələ bilməyib.
Yarışın ilkin mərhələsində ilk üçlükdə Rusiya təmsilçiləri Ekaterina Nekrasova (407.00) və Mariya Polikova (383.15), Böyük Britaniya təmsilçisi Millie Fovler (393.40) yer alıb.
10:24
Bakı, 19 iyun, T.Ağayeva, Ü.Əhmədova, AZƏRTAC
İyunun 19-də Bakı Su İdmanı Sarayında suya tullanma üzrə yarışların ikinci gününə başlanılıb.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə idmançılar bir metr hündürlüyündə tramplindən və üç metr hündürlüyündə tramplindən sinxron tullanma üzrə mübarizə aparır.
Qadınlar arasında bir metr hündürlüyündə tramplindən tullanma yarışında Azərbaycanı Olqa Bikovskaya təmsil edəcək.
Hər iki növ üzrə yarışın final mərhələsi bu gün təşkil olunacaq.