ELM VƏ TƏHSİL
Qars şəhərinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olub
Qars şəhərinin bələdiyyə başçısı Murtaza Karaçantanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) qonağı olub.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq universitetin tarixindən, bu ali təhsil ocağının xarici ölkələrlə əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlığından, Azərbaycan ilə Türkiyə arasında ədəbi dostluqdan və əməkdaşlıq perspektivlərindən söhbət açıb. Qeyd olunub ki, BDU-nun dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə sıx əlaqələri var. BDU Qars Universiteti ilə də fəal əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycanda Qars ilə qardaşlaşmış şəhərlər var.
Səmimi qəbula görə minnətdarlığını bildirən Murtaza Karaçanta daha geniş əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qars şəhərinin bələdiyyə başçısına “Universitetin Fəxri qonağı” diplomu təqdim edilib.
Qonaqlar BDU-nun laboratoriyaları və təhsil prosesinin gedişatı ilə yaxından tanış olublar.