CƏMİYYƏT
Qax rayonunda zavodda yanğın baş verib
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Qax şəhərində yerləşən pivə zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənləşdirilib ki, yanğın pivə zavodunun qazanxanasında baş verib.
Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb. Hadisə nəticəsində qazanxana 40 kvadratmetr sahədə yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.