MƏDƏNİYYƏT
“QAYA” SƏNƏDLİ FİLMİ İLİN SONUNADƏK TƏHVİL VERİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, rejissor Cavid İmamverdiyevin Azərbaycanda və keçmiş SSRİ-də məşhur olan “Qaya” vokal kvarteti haqqında çəkdiyi film montaj prosesindədir.
Rejissor bildirmişdir ki, filmdə Larisa Dolina, Polad Bülbüloğlu, Yuli Qusman, Vaxtanq Kikabidze, ümumiyyətlə 20-dən çox tanınmış musiqi xadimi “Qaya” haqqında ürək sözlərini söyləyir.
Yeni ekran əsərinin ssenari müəllifləri Cavid İmamverdiyev və Natella İmamverdiyeva, operatoru Adil Abbasdır.
“Yaddaş” studiyasının çəkdiyi filmin bu ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:43]
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir
- 06.05.2024 [15:31]
Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş təşkil olunub
- 06.05.2024 [12:45]
Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib
- 06.05.2024 [12:00]