MƏDƏNİYYƏT
Qazaxıstan Milli Akademik Kitabxanası Bakıda kitab sərgisində iştirak edəcək
Nur-Sultan, 8 sentyabr, AZƏRTAC
Qazaxıstan Milli Akademik Kitabxanası Bakıda keçiriləcək dördüncü kitab sərgisində iştirak edəcək.
Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə Qazaxıstan Milli Akademik Kitabxanasının direktor müavini Aliya Kojabekova bildirib. O qeyd edib ki, sərgi çərçivəsində Qazaxıstan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışının, eləcə də Qazaxıstan ədəbiyyatının klassiki Abiş Kekilbayevin ingilis və fransız dillərinə tərcümə edilmiş kitabının təqdimatının keçirilməsi nəzərdə tutulub.
Aliya Kojabekova Qazaxıstan Milli Akademik Kitabxanasının Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlıq etdiyini də bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]
Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub
- 03.05.2024 [12:15]
Bakıda Kukla Festivalının bağlanış mərasimi olub
- 03.05.2024 [11:56]
Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi
- 03.05.2024 [11:30]
“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib
- 03.05.2024 [11:22]
Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 03.05.2024 [11:12]