SİYASƏT
Qazaxıstanın Baş naziri Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun nümayəndə heyəti ilə görüşmüşdür
Astana 6 oktyabr (AZƏRTAC). Qazaxıstanın Baş naziri Kərim Məsimov Astanada keçirilən “KAZENERJİ-2011” VI Avrasiya energetika forumu çərçivəsində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun prezidenti Telman Əliyevi və qurumun üzvləri ilə görüşmüşdür.
Kərim Məsimov qonaqlara Qazaxıstan ilə Azərbaycan arasında əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini bildirmişdir.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da genişləndirilməsi, klubun üzvü olan şirkət və müəssisələrin Qazaxıstandakı təşkilatlarla əməkdaşlığının inkişafı və digər məsələlər müzakirə olunmuşdur.
Telman Əliyev bu istiqamətdə görülən işlər haqqında məlumat vermişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana