REGİONLAR
Qəbələdə 51 hektar sahədə yeni meyvə bağı salınmışdır
Qəbələ, 22 may (AZƏRTAC). Qəbələdə son illər meyvə emal edən müəssisələrin fəaliyyətə başlaması kəndlilərin meyvəçiliyə marağını artırmışdır.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, meyvəçiliyin inkişaf etdirilməsi üçün səmərəli tədbirlər görülür. Fermerlər və fərdi təsərrüfat sahibləri əsasən alma, fındıq, üzüm, şaftalı, şabalıd, fındıq və qoz ağaclarının əkilməsinə daha çox üstünlük verirlər. Cari ildə rayonun torpaq mülkiyyətçiləri 51 hektar sahədə yeni meyvə bağı salmışlar.
Hazırda rayonda 5623 hektar meyvə bağı, 426 hektar üzümlük vardır. Bu il daha 25 hektar üzümlük salınmasına hazırlıq görülür.
Xatırladaq ki, ötən il rayonda 14 min ton meyvə istehsal edilmişdir. Kəndli fermerlər öz məhsullarını Qəbələ konserv zavoduna, fındıq və üzüm emalı zavodlarna satmışlar.