Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qırğızıstandakı “Birlik” Azərbaycanlıların İctimai Birliyinin sədri Xansıvar Baxşəliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi Qırğız Respublikasında yaşayıb fəaliyyət göstərən azərbaycanlılar adından doğum gününüz münasibətilə dərin hörmət və ehtiramla təbrik edirik.

Sizin müdrik, uzaqgörən və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Respublikası son illərdə hərtərəfli inkişaf yolu keçmiş, dövlət müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurlar beynəlxalq miqyasda yüksək dəyərləndirilmişdir.

Biz, Qırğızıstanda yaşayan azərbaycanlılar əminik ki, Qırğızıstan və Azərbaycan arasında siyasi, iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə möhkəmlənəcək və dərinləşəcəkdir.

Cənab Prezident, Sizin həyat yolunuz təkcə dövlət məsuliyyəti deyil, bu yol həm də xalqın etimadı, ümidləri, tarixi və gələcəyidir, onun sevgisidir.

Bu, çox ağır, eyni zamanda çox dəyərli bir məsuliyyətdir və Siz bunun öhdəsindən layiqincə gəlirsiniz.

Sizə doğum günü təbrikimizi çatdırmaqla yanaşı, həm də verdiyiniz dayaq hissinə, sabaha olan əminliyə və ədalətin hər zaman qalib gələcəyinə olan inama görə səmimi minnətdarlığımızı bildiririk.

Eyni zamanda, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirik.

Hörmətlə,

 

Xansıvar Baxşəliyev

Qırğızıstandakı “Birlik” Azərbaycanlıların İctimai Birliyinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin