ELM VƏ TƏHSİL
Qış mövsümündə Gəncənin uşaq bağçalarında problem olmayacaqdır
Gəncə, 29 noyabr (AZƏRTAC). Hazırda Gəncədə 42 məktəbəqədər uşaq-tərbiyə müəssisəsi fəaliyyət göstərir.
Gəncə Şəhər Təhsil İdarəsinin məktəbəqədər tərbiyə müəssisələri üzrə baş məsləhətçisi Nəcabət Kalayeva AZƏRTAC-a demişdir ki, həmin bağçaların qış mövsümündə isidilməsində heç bir problem olmayacaqdır. Çünki uşaq tərbiyə müəssisələrinin yarıdan çoxu mərkəzləşdirilmiş istilik sistemi ilə, qalanları isə “mavi yanacaq”la isidilir. Ancaq iki bağça - Hacıkənd qəsəbəsində yerləşən 37 və 41 nömrəli körpələr evi-uşaq bağçaları odunla qızdırılır.
Təhsil idarəsinin təmsilçisi onu da əlavə etmişdir ki, hazırda Gəncənin uşaq bağçalarında 227 qrupda 4 min 295 uşaq tərbiyə alır.