CƏMİYYƏT
“Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri" mövzusunda maarifləndirmə tədbiri baş tutub
Bakı, 30 mart, AZƏRTAC
Qobustan şəhərində Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyev adına 2 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri izah edilib. Eyni zamanda, bu cür halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.