MƏDƏNİYYƏT
“Qu gölü” baleti nümayiş olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunub.
Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın Əməkdar Artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Olqa Qolitsa və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Van Yanın (Çexiya) çıxış etdiyi tamaşa anşlaqla keçib. Qastrolçular və onlarla yanaşı, Azərbaycan Opera və Balet Teatrının balet truppası və Xalq Artisti Cavanşir Cəfərovun idarə etdiyi simfonik orkestrin yüksək professional çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Odetta-Odilliya rolunun ifaçısı Olqa Qolitsa Bakıya səfərindən çox razı qaldığını bildirib, ölkəmizə ilk dəfə gəlmədiyini və hər dəfə Azərbaycana dəvət alarkən böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.