Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qubadlı sakinləri 30 il əvvəl şəhid olan övladlarının xatirələrini yad ediblər

Sumqayıt, 31 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

1993-cü il avqustun 31-də şəhid olmuş Bədəlov Nadir Ərşad oğlunun və vəzifə borclarını yerinə yetirərkən həlak olan hüquq-mühafizə orqanlarının əməkdaşları - keçmiş rayon prokuroru Ağayev Nizami Məsiməli oğlu, keçmiş rayon Polis şöbəsinin rəisi Paşayev Evaris Sabir oğlu, sürücüsü Nuriyev Xanlar Eldar oğlu, rayon prokurorluğunun müstəntiqi Vəliyev Əyyub Əli oğlu, rayon polis rəisinin sürücüsü Hüseynov Sərdar Hüseynqulu oğlunun bu gün anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyətinin məsul işçiləri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərin ailə üzvləri, keçmiş hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Bakı şəhərində Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub. Sonra tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev çıxış edərək bildirib ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olub. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1993-cü ilin təkcə avqust ayında I Qarabağ müharibəsi zamanı Qubadlı rayonu 105 şəhid verib. Avqustun 31-də, həmçinin xeyli sayda mülki vətəndaş şəhid olub. Yüz nəfərdən çox sakin isə itkin düşüb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyətinin iştirakı ilə Qubadlı rayonunda Milli qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli Qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası davam edir, yaxın gələcəkdə digər şəhidlərimizin qəbirüstü abidələri də bərpa olunacaq. I və II Qarabağ müharibələri şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidələr qoyulur, xatirə lövhələri, barelyeflər hazırlanır.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığından, xalqımızın birliyindən, “Dəmir yumruq” ətrafında birləşərək işğalçıya sarsıdıcı zərbə vurmasından danışıb.

Təhmasib Rüstəmov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Qubadlı rayonu 11 şəhid verib, 40-dan çox qazi adlarını tarixə yazdırıb.

Digər çıxış edənlər - keçmiş komandir Sadiq Paşayev və şəhid N.Bədəlovun döyüş yoldaşı Kərimağa Kərimov bildiriblər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində saxlanılıb. Son illər respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

Bildirilib ki, Nadir Ərşad oğlu Bədəlov 1967-ci il iyunun 18-də Şərqi Zəngəzur-Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Politexnik İnstitutunun qara və əlvan metalların tökmə ixtisası üzrə tam kursunu bitirib, eyni zamanda, zabit rütbəsi alıb. 1985-1987-ci illərdə Almaniyada sovet ordusu sıralarında xidmət edib.

Gənc mühəndis-metallurq 1992-ci il yanvar ayından Azərelektroterm Elm İstehsalat Birliyinin Ağır Elektrik Avadanlığı Zavodunda əmək fəaliyyətinə başlayıb. Qeyrətli oğullarımız kimi, Nadir də Vətənin çağırışına səs verib, könüllü olaraq hərbi komissarlığa müraciət edib. 1992-ci il avqustun 7-də zavodun kollektivi Nadir Bədəlovu cəbhəyə yola salıb. “N” hərbi hissədəki qısamüddətli təlimdən sonra gənc zabit Ağdərə bölgəsinə göndərilib. Nadirin başçılıq etdiyi topçular batareyası Ağdərə və Tərtər bölgələrində gedən döyüşlərdə fədakarlıqla vuruşub. Nadir Bədəlov bölmə komandiri vəzifəsinə təyin edilib. Artilleriya elminin sirlərinə dərindən bələd olduqları, bu sahədə uğurlu nəticələr qazandıqlarına görə bölmə komandiri, leytenant Nadir Bədəlovun topçular batareyası daha məsul bir bölgəyə - son dərəcə təhlükəli döyüş bölgələrindən hesab edilən Laçın və Qubadlı cəbhələrinə göndərilib.

Onun Laçın rayonunun Güləbird, Səfiyan, Aşağı və Yuxarı Fərcan, Suarası kəndləri, Susuzdağ və Qızqəbri yüksəkliklərinin düşməndən təmizlənməsində əvəzsiz xidmətləri olub.

1993-cü il avqustun 31-də genişmiqyaslı hücuma keçən Nadir bir qrup döyüşçü dostu - yeddi topçu, bir sürücü Yazı düzündə özləri də bu döyüşün axırı ölüm olacağını bilə-bilə özlərinə mövqe seçdilər. Rayonun bir hissəsi - Həkəri çayının hər iki sahilindəki kəndlər güclü hücuma məruz qalmışdı. Düşmən tankları Yazı düzü istiqamətində genişmiqyaslı hücuma keçdi. Qeyri-bərabər döyüşdə düşmənin bir neçə tankı məhv edildi, xeyli canlı qüvvəsi öldürüldü. Bu döyüşdə Nadir və bir neçə döyüşçü dostları qəhrəmanlıqla şəhid oldular.

Çıxış edən şəhid Nadir Bədəlovun qardaşı Loğman Bədəlov və şəhidin dayısı oğlu Xalid Haqverdiyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən vətənpərvərlik mövzusunda hazırlanmış kompozisiya və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya