Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“QUCAQLAŞIN, EY İNSANLAR!...”
NİAQARA ŞƏHƏRİNİN MERİ KANADADAKI BEYNƏLXALQ HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN FƏXRİ PREZİDENTİ SEÇİLMİŞDİR

Bakı, 2 sentyabr (AZƏRTAC). “Qucaqlaşın, ey insanlar” - Bethovenin Doqquzuncu simfoniyasının finalında səslənən “Sevinc odası” Şillerin bu sözləri ilə başlanır. Gələn il mayın 10-da Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr edilmiş Niaqara Beynəlxalq Forumu çərçivəsində keçiriləcək “Heydər Əliyev və müasirlik. Mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşması yolu ilə ümumi sülhə doğru” mövzusunda festivalda dünya şöhrətli bəstəkarların, o cümlədən Azərbaycan sənətçilərinin əsərləri ilə yanaşı səslənəcək “Sevinc odası” və Şillerin bu sözləri festivalın ruhunu çox dəqiq əks etdirir.

Məlumdur ki, Azərbaycan xalqının ümummilli lideri həmişə dünya mədəniyyətlərinin yaxınlaşmasına, onların bir-birini qarşılıqlı zənginləşdirməsinə çalışırdı. İstəyirdi ki, doğma Vətənimizin paytaxtı Bakı həqiqətən dünyanın əsas mədəni mərkəzlərindən birinə, dünya sivilizasiyasının mənəvi özəyinə çevrilsin.

Kanadadakı Beynəlxalq Heydər Əliyev Mərkəzi də özünün çoxşaxəli fəaliyyətini məhz bu səpkidə qurur. Mərkəz Şimali Amerikanın bu ölkəsindəki Azərbaycan səfirliyinin dəstəyi ilə “İpək Yolu” kamera orkestrinin baş dirijoru, beynəlxalq Niaqara musiqi festivalının “İpək Yolu” Komitəsinin sədri İsmayıl Hacıyev və onun oğlu Cövdət Hacıyev (nəvə) tərəfindən yaradılmışdır.

Niaqara şəhərinin meri lord Geri Borrou (fotoda onu görürsünüz) Beynəlxalq Heydər Əliyev Mərkəzinə çox böyük maraq göstərmişdir. Bu yaxınlarda mer Azərbaycan səfiri və diasporunun nümayəndələri ilə görüşmüş, Kanadada “Sivilizasiyaların dünya irsi” devizi altında fəaliyyətə başlamış Mərkəzin planlarına müsbət münasibətini bildirmiş, qurumun fəxri prezidenti olmaq təklifini məmnuniyyətlə qəbul etmişdir.

Beynəlxalq Heydər Əliyev Mərkəzinin gələcək planları həqiqətən çox genişdir. Mərkəzdə yaxşı bilirlər ki, Azərbaycanın dünya şöhrətli lideri böyük siyasi xadim və dövlət xadimi olmaqla bərabər, həm də haqlı olaraq musiqinin, təsviri sənətin, bütövlükdə mədəniyyətin sərrafı hesab edilirdi. Ümummilli lider Heydər Əliyev görkəmli incəsənət xadimləri - Dmitri Şostakoviç və Mstislav Rostropoviç, Qara Qarayev və Covdət Hacıyev, Fikrət Əmirov və Rodion Şedrin, Mayya Plisetskaya və Əminə Dilbazi, Yevgeni Mravinski və Niyazi, Lyudmila Zıkina və Müslüm Maqomayev, Səttar Bəhlulzadə, Tahir Salahov və bir sıra digər korifeylərlə dostluq edirdi. Buna görə də Mərkəz Şərq və Qərb mədəniyyətlərinin ən yaxşı nümayəndələrini, qədim dövrlərdə olduğu kimi indi də Şərq ilə Qərb arasında bir növ əlaqələndirici rolu oynayan Azərbaycandan keçən tarixi İpək Yolu boyunca yerləşən ölkələrin mədəni irsinin təbliğ edilməsindən ibarət ümumi ideya ətrafında birləşən qüvvələri özünün Kanadada fəaliyyətinə cəlb etməyi əsas vəzifələrindən biri hesab edir.

Mərkəz daha bir mühüm məsələnin həllinə böyük əhəmiyyət verir. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uğurla başçılıq etdiyi Heydər Əliyev Fondu ilə əməkdaşlıq və qarşılıqlı yaradıcılıq əlaqələridir. Bu gün ulu öndərin ideyalarının, onun yaradıcı irsinin dünya miqyasında təbliğində ən qüdrətli vasitə kimi tanınmış Fondun çoxşaxəli fəaliyyəti azərbaycançılıq və dünya sivilizasiyası ideyalarının qlobal məsələlərinin həllinə yönəlmişdir. Kanadadakı Beynəlxalq Heydər Əliyev Mərkəzi də Fondun bu işinə qətiyyətlə qoşulmaq əzmindədir. Mərkəz öz niyyətini həyata keçirmək üçün Niaqarada Heydər Əliyev muzeyi açmaq niyyətindədir. Muzeyin ekspozisiyasında ümummilli liderin şərəfli həyat yolu, onun siyasi fəaliyyəti, sözün ən geniş mənasında mədəniyyətə münasibəti öz əksini tapacaqdır. Niaqarada əmindirlər ki, bu muzey dünyanın bütün guşələrindən Kanadaya gələn turistlərin diqqətini cəlb edəcəkdir. Axı, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev Şərq ilə Qərb arasında möhkəm və çoxtərəfli əlaqələrin tərəfdarı idi.

Beynəlxalq Heydər Əliyev Mərkəzinin Azərbaycanın Kanadadakı səfirliyi və Niaqara şəhərinin meriyası ilə birlikdə xalqımızın ulu öndərinin ad günü münasibətilə planlaşdırdığı təntənəli tədbirlər də bu əlaqələrin möhkəmlənməsinə, mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşmasına kömək edəcəkdir. Beynəlxalq Niaqara festivalının “Musiqi bütün dünyada sülhə xidmət edir. Muğam - İpək Yolu üzərində xəzinədir” yaradıcılıq layihəsi çərçivəsində bir sıra konsertlər təşkil ediləcəkdir. Həmin konsertlərdə milli muğamlarla yanaşı, Azərbaycan musiqisinin klassikləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Cövdət Hacıyev və digər bəstəkarların bəşəriyyəti sülhə və qardaşlığa çağıran əsərləri ifa ediləcəkdir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib