Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Qüdrət Nuriyev: Olimpiadanın irqçi Fransada keçirilməsi bu Oyunların imicinə vurulan ən böyük zərbə olacaq

Qüdrət Nuriyev: Olimpiadanın irqçi Fransada keçirilməsi bu Oyunların imicinə vurulan ən böyük zərbə olacaq

Bakı, 8 iyul, AZƏRTAC

Dərisinin rəngindən, sosial durumundan, siyasi, dini əqidəsindən və digər amillərdən asılı olmayaraq bütün qitələrin atletləri arasında ədalətli idman mübarizəsinin simvolu kimi qəbul edilən Olimpiya Oyunlarının növbəti yarışlarının 2024-cü ildə Fransada keçirilməsi nəzərdə tutulub. Zorakılığın, irqi ayrı-seçkiliyin, müstəmləkəçilik siyasətinin hökm sürdüyü bir ölkədə bu ali idman tədbirinin təşkili sülh və əmin-amanlıqla daim yanaşı duran sivil Olimpiya ideallarına zərbə deyilmi?

Bu sözləri AZƏRTAC-a müsahibəsində idman siyasəti üzrə ekspert, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev bildirib.

“Bütün insani dəyərlərin ayaqlar altına atıldığı Fransa kimi bir ölkədə hansı ədalətli mübarizədən söhbət gedə bilər?”, - deyə Q.Nuriyev davam edib: “Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən vəhşiliklə qətlə yetirilməsi sadəcə qığılcım oldu. Ümumiyyətlə, Emmanuel Makronun hakimiyyətə gəlişindən bəri ölkədə genişmiqyaslı etiraz aksiyaları səngimək bilmir. Hökumətin hazırkı rejiminə və tətbiq etdiyi idarəetməyə etirazını bildirən əhali Fransada dərin islahatlar aparılmasını tələb edir. Xalqın etimadını tam itirən Fransa hökuməti ölkədə xaosun, hərc-mərcliyin, itaətsizliyin qarşısını ala bilmir, vəziyyət gündən-günə pisləşir. Prezident Emmanuel Makron öz hakimiyyətini qorumaq üçün polis qüvvələrinə arxalanaraq əsl diktatura qurub. Hazırda küçələrdə və ictimai yerlərdə dəhşətli yanğın hadisələri, kütləvi soyğunçuluq halları, taxta, dəmir parçaları ilə silahlanan vətəndaşların qarşıdurmaları bu ölkənin nə qədər təhlükəli olduğunu göstərir. Belə olan halda Fransada dünya əhəmiyyətli tədbirlərin, o cümlədən dördilliyin ən nüfuzlu idman tədbirinin - Olimpiya Oyunlarının təhlükəsiz şəkildə keçiriləcəyinə kim zəmanət verə bilər. İnsanlarla quldarlıq dövründə olduğu kimi, rəftar edilən Fransada vətəndaşların hələ də irqi, dini, milli ayrı-seçkiliyə görə əziyyət çəkib dəhşətli əzablara məruz qalmaları sirr deyil”.

İdman siyasəti eksperti deyib ki, Fransa dünyada demokratiyanın beşiyi deyil, məzarı olduğunu əyani şəkildə göstərir. Fransa və ona yaxın olan bir sıra Avropa ölkələrinin mətbuatı kütləvi etirazları və buna qarşı polisin mübarizəsini az qala demokratiya nümunəsi kimi təqdim etmələri isə gülüncdür. Müasir Fransa cəmiyyətində getdikcə artan problemlər və davam edən dərin ziddiyyətlər insanların səbir kasasını daşırıb. Bu gün BMT Təhlükəsiz Şurasının daimi üzvü olmasından istifadə edən Fransanın bir çox millətlərə, dövlətlərə qarşı işğalçılıq, soyqırımı siyasətinə dünya göz yumur. Fransa tarixin ən qanlı qətliamlarını törədib, Əlcəzairdə, bir sıra Afrika, Şərqi Asiya dövlətlərində milyonlarla insanı qətlə yetirib. Əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri Paris muzeyində hələ də müharibə qənimətləri kimi saxlanılır.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu diqqətə çatdırıb. Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu bildirən dövlətimizin başçısı qeyd edib ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Olimpiya dəyərlərini, onun ali prinsiplərini ayaq altına atmaq olmaz. Biz idmançılar Olimpiya Oyunlarının Fransa kimi insanlıq əleyhinə ən dəhşətli cinayətlər törədən və bu missiyanı davam etdirən bir ölkədə keçirəcəyindən narahatıq. Olimpiya Oyunları idealları və dəyərləri ilə insanların qəlbində dərin iz buraxıb. Olimpiya ruhuna daban-dabana zidd olan zorakılığın, ksenofobiyanın və irqçi əhvali-ruhiyyənin tüğyan etdiyi Fransada Olimpiadanın təşkili bu Oyunların imicinə vurulan ən böyük zərbə olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH