REGİONLAR
“Rabitəbank”ın Lənkəran filialı yeni ünvanda
Bakı, 27 yanvar, AZƏRTAC
“Rabitəbank”ın Lənkəran filialı daha rahat və geniş ofisə köçürülüb. Müasir avadanlıqlarla və yeni üslubda tərtib edilən bankın Lənkəran filialı Mir Mustafaxan 19 ünvanında yerləşir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, filialda müştərilərə istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, kommunal, rabitə, valyuta mübadiləsi və digər bank xidmətləri göstəriləcəkdir.
Filialın açılışı münasibətilə “Rabitəbank” Lənkəran əhalisi üçün kampaniya keçirir. Fevral ayında müştərilər filialdan mikrokreditlər üzrə 0 faiz komissiya, nağd pul və lombard kreditləri üzrə 2 faiz endirim əldə edə biləcəklər.
Kampaniya fevralın 28-dək davam edəcək.
Hazırda “Rabitabank”ın 22 filialı və 2 şöbəsi fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:18]
Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV
- 06.05.2024 [17:56]
“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir
- 06.05.2024 [15:54]
Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi
- 06.05.2024 [15:39]
Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]
Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək
- 05.05.2024 [23:10]