MƏDƏNİYYƏT
“Rasim Ocaqov” fəxri təqaüdünün veriləcəyi növbəti tələbənin adı açıqlanıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Mədəniyyət və İncəsənət Universitetinin tələbəsinə verib.
ARKİ-nin mətbuat xidmətinin rəhbəri Əli Vəliyev AZƏRTAC-a bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, həmçinin maddi-sosial vəziyyəti nəzərə alınaraq təhsilinə dəstək məqsədilə 4-cü kurs tələbəsi İsmayılzadə Güllü Hüseyn qızı layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [12:45]
Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib
- 06.05.2024 [12:00]
“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”
- 05.05.2024 [07:05]