İQTİSADİYYAT
Rəcəb Tayyib Ərdoğan: TANAP Türkiyə və Azərbaycan arasındakı köklü dostluğun rəmzidir
Bakı, 30 noyabr, AZƏRTAC
Bu gün hamımız birlikdə ölkələrimiz və bölgəmiz üçün tarixi bir ana şahidlik edirik. Hər mərhələsi səbirlə, diqqətlə, Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq səyləri ilə ərsəyə gələn yeddi il yarımlıq uzun və çətin bir prosesi uğurla başa çatdırmağın haqlı qürurunu yaşayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 30-da Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində söyləyib.
“Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir”, - deyən R.T.Ərdoğan qeyd edib ki, TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gəlib. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]