Regional direktor: 2050-ci ilədək dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq - EKSKLÜZİV
Bakı, 22 may, AZƏRTAC
2050-ci ilədək dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir.
Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a açıqlaması zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali deyib.
“Biz bu gün sürətli urbanizasiya ilə formalaşan bir dünyada yaşayırıq. Hazırda dünya əhalisinin təxminən 57 faizi şəhərlərdə yaşayır. Gözlənilir ki, bu göstərici 2050-ci ilə qədər 70 faizi keçəcək. Bu səbəbdən davamlılığın, 2030 Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı səylərimizin uğuru ya şəhərlərdə qazanılacaq, ya da məhz şəhər və insan məskənlərində uğursuz olacaq. Məhz buna görə WUF13 kimi qlobal platforma bu qədər vacibdir”, - deyə UN-Habitat rəsmisi bildirib.