İQTİSADİYYAT
Regionlarda genişzolaqlı şəbəkə avadanlığının tutumu artırılmışdır
Bakı, 19 aprel (AZƏRTAC). Regionlarda informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədi ilə Abşeron yarımadasında, Siyəzən, Xızı, Saatlı, Qəbələ, Zaqatala, Beyləqan, Qax, Şabran şəhərlərində əlavə avadanlıq quraşdırılmış, genişzolaqlı şəbəkə avadanlığının tutumu artırılmışdır. Bu dövrdə “Aztelekom” İstehsalat Birliyinin xidmət ərazisində genişzolaqlı şəbəkə istifadəçilərinin sayı 53,8 faiz artaraq 26 min 188-ə çatmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Qubanın Qımıl, Küpçal, Masallının Sığdaş, Ağdamın Rzalar, Yardımlının Sırıq, Oğuzun Kərimli kənd ATS-lərinin rəqəmli rabitəsi təşkil olunmuş, köhnəlmiş avadanlıq istismardan çıxarılmış və ATS-lərin müstəqil enerji təchizatı yaradılmışdır.