Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə 1996) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.1.8-ci və 26.3-cü maddələrdə “orqanının” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri əlavə edilsin.

2. 26.2-ci maddənin birinci cümləsində “orqanından” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan” sözləri və ikinci cümləsində “orqanı” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin