Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Respublika üzrə şəbəkə tipli supermarketlərin 34,19 faizində yeni nəsil kassa aparatları quraşdırılıb

Respublika üzrə şəbəkə tipli supermarketlərin 34,19 faizində yeni nəsil kassa aparatları quraşdırılıb

Yeni nəsil kassa aparatlarının tətbiqi zamanın tələbidir

Bakı, 21 noyabr, AZƏRTAC 

Vergi orqanları elektron xidmətlərin, informasiya texnologiyalarının tətbiqinə və rəqəmsal inzibatçılığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, müasir texnologiyaların tətbiqi sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulmasında bir sıra üstünlüklərə malikdir.

Yeni nəsil kassa aparatlarının üstünlükləri

Yeni nəsil kassa aparatlarının köhnə aparatlarla müqayisədə bir çox üstünlükləri var. Əsas üstünlüklər onun çoxfunksiyaslı olması ilə əlaqədardır. Kassaların tətbiqi vergitutma sahəsində şəffaf sistemin qurulmasına, kassa əməliyyatlarının uçotunun düzgün aparılmasına, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsinə xidmət edir. Əməliyyat sisteminə malik olan bu müasir avadanlıq hesablaşmalar haqqında məlumatı Vergilər Nazirliyinə real vaxt rejimində çatdırmaq imkanına malikdir.

Sistem sahibkarlar üçün də rahat və əlverişli nəzarət mexanizminin qurulmasına şərait yaradır. İş adamları uçot və əməliyyat sisteminə nəzarətin təkmilləşdirilməsinə, daxili audit sisteminin sadələşdirilməsinə nail olurlar.

Hamı üçün sərfəli kassa aparatları

Yeni kassa aparatlarının istehlakçılar üçün də üstünlükləri var. Hazırda yeni nəsil kassaların istifadə edildiyi obyektlərdə alıcılara yeni tələblərə uyğun çeklər təqdim edilir. Bu çeklərin üzərində QR-kod yerləşdirilib. QR-kod çekin Vergilər Nazirliyinin informasiya bazasında olub-olmamasını məsafədən yoxlamağa imkan verir. Çeki əldə edən şəxs xüsusi mobil əlavədən (QR-kod reader) istifadə etməklə və ya “e-kassa.gov.az” saytındakı "Çekin yoxlanılması" bölməsinə çek məlumatlarını daxil etməklə bunu edə bilər.

Məlum olduğu kimi, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən ƏDV məbləğinin bir hissəsinin qaytarılması ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq. Bu baxımdan, alış-veriş zamanı alıcılara həqiqi çeklərin təqdim edilməsi çox vacibdir.

Hazırda yeni nəsil kassaların tətbiqinə başlanılması ilə əlaqədar alıcılara üzərində QR-kod olan çeklər təqdim edilsə də, alıcılara ödədikləri ƏDV məbləğinin bir hissəsinin qaytarılması müvafiq hüquqi sənədlərin qəbulu və təşkilati işlərin başa çatmasından sonra başlanacaq. ƏDV məbləğinin bir hissəsinin qaytarılması prosesi başlanarkən ictimaiyyət bu barədə geniş məlumatlandırılacaq və vətəndaşlara verginin bir hissəsinin qaytarılma mexanizmi izah olunacaq.

Yeni nəsil kassa aparatlarının quraşdırılması davam edir

Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq, yeni nəsil kassa aparatlarının quraşdırılması davam etdirilir. Noyabrın 15-nə olan məlumata görə, Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin 93,77 faizində, ümumilikdə respublika ərazisində yanacaq doldurma məntəqələrinin 45,73 faizində yeni nəsil kassa aparatları quraşdırılıb və inteqrasiya edilib. Şəbəkə tipli supermarketlər üzrə bu göstərici Bakı, Gəncə və Sumqayıt şəhərləri üzrə 58,23 faiz, ümumilikdə respublika ərazisi üzrə 34,19 faiz təşkil edir. Həmin şəhərlərdə fəaliyyət göstərən şadlıq evlərinin 28,36 faizində, (respublika üzrə 12,12 faiz), "Mall" tipli ticarət mərkəzlərinin isə 33,43 faizində yeni nəsil kassa aparatları quraşdırılıb.

Avtosalonlarda yeni nəsil kassaların quraşdırılması üzrə işlər isə davam etdirilir. Yeni nəsil kassaların fəaliyyəti üçün əsas şərtlər onların internet bağlantısının olmasıdır. Bir sıra hallarda obyektlərdə internet bağlantısının olmaması yeni nəsil kassalarının tətbiqini ləngidir.

Operatorların siyahısı “e-kassa.gov.az” saytında yerləşdirilib

Yeni nəsil kassaların təchizatını, satışını, uçotunu, texniki xidmətlərin göstərilməsini operatorlar həyata keçirir. Operatorların siyahısı “e-kassa.gov.az” saytında yerləşdirilib. Kassa aparatlarının əldə olunması üçün həmin operatorlara müraciət etmək kifayətdir. Operator vergi orqanında kassanın qeydiyyatını keçirərək nəzarət mexanizmi qurğusu ilə təchiz olunmuş kassa aparatını sahibkarlara təqdim edəcək. Nəzarət mexanizmi qurğusu vergi orqanlarının elektron informasiya bazasına məlumatların ötürülməsini təmin edən qurğudur. İstismar zamanı kassada problem yarandıqda, istifadəçi dərhal vergi orqanlarına və operatora məlumat verməlidir. Kassa işlək vəziyyətdə olmadıqda, e-kassa operatoru bu barədə məlumat aldığı andan etibarən təmir işlərinin görülməsini təmin etməlidir.

Nəzarət mexanizmi qurğusu yararsız hala düşdükdə e-kassa operatoruna təqdim edilməli və e-kassa operatoru yoxlanılması üçün onu Vergilər Nazirliyinə göndərməlidir. Bu zaman, nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatların aparılıb-aparılmadığı Vergilər Nazirliyi tərəfindən yoxlanılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb