MƏDƏNİYYƏT
“Retro Bakı” layihəsi davam edir
Bakı, 5 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin XX əsrin 60-70-ci illərində paytaxtımızda musiqidə olan dəbi yenidən canlandırılması və əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkili məqsədini daşıyan “Retro Bakı” layihəsi çərçivəsində konsertlər davam edir.
İdarədən AZƏRTAC-a bildirilib ki, bu həftə keçirilən konsertlərdə tanınmış müğənni Əminə Şirin və rəqqas İlham Kərimli, həmçinin gənc ifaçılar Ceyhun Əhmədov, Nizami Nikbin, Cəvahir Abdulova, Güzel Sabirova, Mehbarə Cəbiyeva, Esmira Qurbanova, Əhməd Əmirli və “Qismət” qrupu rəngarəng çıxışları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.
Qeyd edək ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr meydanında müxtəlif konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.