İQTİSADİYYAT
Riskli vergiödəyiciləri barədə məlumat əldə etmək mümkündür
Bakı, 25 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti riskli vergiödəyiciləri barədə videoçarxda məlumat yayıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, videoçarxda vergiödəyicisi tərəfindən digər bir vergiödəyicisinin riskli vergiödəyiciləri siyahısında olub-olmadığı haqda məlumatı əldə etmək üçün axtarış prosesi əks etdirilib.
Bildirilib ki, saytın elektron bölməsindən alt elektron bölməsi seçilərək açılan siyahıdan riskli vergiödəyiciləri barədə məlumatın verilməsi xidməti seçilir.
Açılan pəncərədən VÖEN xanasına axtarılan vergiödəyicisinin VÖEN-i daxil edilir. Sonda isə vergiödəyicisi “yoxla” düyməsi vasitəsilə digər bir vergiödəyicisinin riskli vergiödəyiciləri siyahısında olub-olmadığı haqda məlumatı əldə edə bilər.