Riyaziyyatçı alimin monoqrafiyası “Springer” nəşriyyatında çapdan çıxıb
Bakı, 19 mart, AZƏRTAC
Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar Elm Xadimi, akademik Məhəmməd Mehdiyevin “Elastiki örtüklərin rəqsləri” monoqrafiyası dünyanın nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” tərəfindən çap olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, ingilis dilində yazılmış monoqrafiyada nano və meta materiallara dair yüksək texnoloji sahələr də daxil olmaqla, müasir texnologiyada meydana gələn mühəndislik qurğuları üçün müxtəlif təqribi dinamik modellərin təkmilləşdirilməsindən bəhs edilir.
Nəşrdə geniş tezlik diapazonunda vibrasiya spektrinin təsnifatı təklif olunur, nazik divarlı örtüklər üçün mövcud olan ikiölçülü nəzəriyyələrin tətbiqolunma sahəsi müəyyənləşdirilir. Eyni zamanda, örtük və lövhələr üçün bütün mümkün olan sərhəd məsələləri nəzərdən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]