R.L.UİLSONUN “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında dostluq və strateji əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xidmətlərinə görə, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Ross Li Uilson “Şöhrət” ordeni ilə təltif edilsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2003-cü il.