DÜNYA
Roma Papası Slovakiyaya rəsmi səfər edib
Bratislava, 13 sentyabr, AZƏRTAC
Roma Papası I Fransisk Slovakiyaya rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, Bratislava beynəlxalq hava limanında Pontifiki Slovakiyanın dövlət başçısı Zuzana Çaputova, Baş nazir Eduard Heqer, parlamentin sədri Boris Kollar və digər hökumət nümayəndələri qarşılayıblar.
Sentyabrın 13-də Müqəddəs Taxt-Tacın rəhbəri Prezident Zuzana Çaputova ilə görüşüb. Səfər müddətində Vatikan rəhbərinin Baş nazir və parlament sədri, eləcə də ölkədəki yəhudi və Roma icmasının nümayəndələri ilə görüşü nəzərdə tutulur.
I Fransiskin 34-cü apostol səfəri çərçivəsində baş tutan Slovakiya səfəri sentyabrın 15-dək davam edəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]
Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək
- 06.05.2024 [12:58]
Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub
- 06.05.2024 [12:41]