MƏDƏNİYYƏT
Rostropoviçlərin ev-muzeyində kamera musiqisi gecəsi keçiriləcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Ü.Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi gecəsi keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konsertdə Əməkdar Artist Aleksey Miltıx (violonçel) və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (fortepiano) Azərbaycan və rus bəstəkarlarının əsərlərini səsləndirəcəklər.
Gecədə Azərbaycan bəstəkarlarının violonçel üçün yazılmış nadir çap və əlyazma notlarından ibarət sərgi, həmçinin muzeyin zəngin fondundan seçilmiş şəkillərdən ibarət slayd-şou nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]