İQTİSADİYYAT
Rövnəq Abdullayev: Qəzanın baş vermə səbəbləri araşdırılır, ilkin ehtimallara görə, qəzaya yüksək təzyiq səbəb olmuşdur
Bakı, 19 avqust (AZƏRTAC). Hazırda qaz yatağında yanğın davam edir, hadisə yerində ARDNŞ-in, Fövqəladə Hallar Nazirliyinin və belə yanğınların söndürülməsində olduqca böyük təcrübəsi olan bp şirkətinin mütəxəssisləri çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində demişdir.
R.Abdullayev qeyd etmişdir ki, yanğın tam nəzarət altdadır və əsas işlər 90 nömrəli kəşfiyyat quyusunun xilas edilməsi üzrə aparılır.
ARDNŞ-in prezidenti bildirmişdir ki, yanğın zamanı heç bir əməkdaşımız xəsarət almamışdır. Baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması üzrə Şirkət tərəfindən proqramın hazırlanması istiqamətində işlər davam etdirilir.