İDMAN
Rumıniyalı boksçular ilk Avropa Oyunlarına fransalı idmançılarla birgə hazırlaşırlar
Bakı, 18 aprel, AZƏRTAC
Rumıniyalı boksçular Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq məqsədilə Ploeşti şəhərində fransalı idmançılarla birgə təlim-məşq toplanışı keçirlər.
AZƏRTAC “Bakı-2015”in saytına istinadla xəbər verir ki, məşqlərdə Rumıniyanın “Farul” klubunun boksçuları Florentin Nikulesku (64 kq), Arsen Mustafa (64 kq), həmçinin “Navodari”nin üzvü Lonut Baluta (56 kq) da iştirak edirlər.
Rumıniyalı idmançılar məşqçi Relu Auraş, Olimpiya mükafatçısı Marian Simion və texniki heyət üzvlərindən Mihai Konstantin və Abalim Ferodin rəhbərliyi altında hazırlıq keçirlər.
Komandalar arasında növbəti təlim-məşq toplanışı Fransada təşkil olunacaq.