Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Rus dilinin tədrisi ilə bağlı Bakı Slavyan Universitetində müzakirələr aparılır

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının təşəbbüsü, Bakı Slavyan Universitetinin (BSU) dəstəyi və təşkilatçılığı ilə “Rus dili ali və orta məktəblərdə xarici dil kimi: rəqəmsal dövrün çağırışları” mövzusunda beynəlxalq elmi-praktik seminar öz işinə başlayıb.

Seminarda Rus Humanitar Missiyasının rəhbəri Aleksey Polkovnikov, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının Baş katibi Natalya Brunova, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası katibliyinin direktoru Aleksandr Korotışev, Moskva Şəhər Universitetinin Xarici Dillər İnstitutunun professoru Qalina Lyovina, Moskva Pedaqoji Dövlət Universitetinin Təhsildə fənlərarası filoloji layihələr laboratoriyasının müdiri, dosent Olqa Drozdova və digər nüfuzlu alim-mütəxəssislər, eləcə də Azərbaycanın ali və orta məktəblərinin, liseylərinin rus dili müəllimləri iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva qonaqları universitetin kollektivi adından salamlayıb və seminarın işinə uğurlar arzulayıb. Rektor bildirib ki, rus dili böyük və zəngin dildir. Azərbaycanda rus dilinin tədrisinə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bu siyasətin əsası müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Rus dilinin tədrisinə, rus mədəniyyətinin inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi diqqət yetirir. O deyib ki, Azərbaycan bu ölkədə yaşayan bütün xalqların ümumi Vətənidir. Hazırda ölkəmizdə rus dilinin tədrisində böyük keyfiyyət dəyişiklikləri baş verir. Azərbaycanda rus yazıçılarının əsərləri böyük maraqla mütaliə edilir. 2000-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılan BSU rus dilinin, ədəbiyyatının tədrisində, rus mədəniyyətinin təbliğində və geniş yayılmasında misilsiz xidmətlər göstərir. Azərbaycanda hazırda 338 rus dili məktəbi fəaliyyət göstərir, 27 universitetdə rus dili bölmələri var, 150 mindən çox adam rus dilində təhsil alır. Ölkəmizdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus Kitab Evi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Rusdilli mətbuat Azərbaycanın milli mətbuat sahəsində xüsusi yer tutur. Rus dilinin tədrisində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi dövrün çağırışlarından biridir. Rus dilinin tədrisində keyfiyyətcə yeni metodların tətbiqi olduqca vacibdir. Bugünkü beynəlxalq elmi-praktik seminar fikir və təcrübə mübadiləsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, mütərəqqi qərarların qəbul edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq elmi-praktik seminarın moderatoru, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov qeyd edib ki, bu gün BSU-nun həyatında əlamətdar bir gündür. Bu yaxınlarda Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının yeni prezidenti və idarə heyəti seçilib. BSU-nun rektoru, professor Nurlana Əliyeva Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü seçilib və Assosiasiya ilk tədbirini də BSU-da keçirir. Rafiq Novruzov beynəlxalq elmi-praktik seminarın rus dilinin tədrisinin genişlənməsinə səmərəli təsir edəcəyini vurğulayıb.

Tədbirdə Aleksandr Korotışev seminarın keçirilməsinə yüksək səviyyədə dəstək verdiyinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib və təmsil olunduğu təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib.

Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin, Rus Humanitar Missiyasının rəhbəri Aleksey Polkovnikov çıxış edərək beynəlxalq elmi-praktik seminarın keçirilməsini yüksək qiymətləndirib, BSU-nun rus dili sahəsində mütəxəssislərin hazırlanmasında mühüm rolu olduğunu qeyd ediblər. Onların çıxışlarında BSU-nun Azərbaycan ilə Rusiya arasında elmi-mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyət göstərdiyi vurğulanıb.

Seminarda Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası tərəfindən BSU-nun Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov rus dilinin dünyada yayılmasındakı böyük xidmətlərinə görə A.S.Puşkin adına medalla və diplomla təltif edilib.

BSU-nun nəzdində Məktəb-Lisey Kompleksinin şagirdləri rus və Azərbaycan dillərində şeirlər səsləndiriblər.

İki gün davam edəcək seminarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə rus dilinin hazırkı tədris vəziyyəti, bu məsələyə müasir və innovativ yanaşmalar və eləcə də digər vacib məqamlarla bağlı mühazirələr, dəyirmi masalar keçiriləcək. Seminarın sonunda sertifikatlar təqdim ediləcək. Seminar çərçivəsində rusiyalı qonaqların Bakının tarixi-mədəni yerlərinə gəzintilərinin təşkil edilməsi də nəzərdə tutulur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya