Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya: 2035-ci ilədək mümkün sosial-iqtisadi inkişaf ssenariləri

Rusiya: 2035-ci ilədək mümkün sosial-iqtisadi inkişaf ssenariləri

Şimal qonşumuzun analitik mərkəzləri ölkənin 20 illik inkişaf variantları ilə bağlı bir neçə hesabat-proqnoz sənədləri hazırlayıblar. Burada rəsmi, müstəqil və müxalif mövqeli analitik təşkilatların təhlilləri yer alıb. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 3 transformasiya ssenarisini təqdim edib. Onların hər birində nəticələr bir qədər fərqlidir. Ancaq heç birində proqnozlar nikbin deyil. Ölkənin davamlı inkişaf xəttində qalacağı barədə də qənaət yoxdur. Keçmiş maliyyə naziri A.Kudrinin analitik mərkəzi isə bir qədər fərqli proqnozlar verib. Onlar İqtisadi İnkişaf Nazirliyindən fərqli olaraq, Rusiya iqtisadiyyatında köklü islahatları nəzərə almağa çalışıblar. Bu halda belə gəlinən nəticələr rəsmi orqanların verdikləri vədlərlə üst-üstə düşmür. A.Kudrinə görə, inkişaf templəri sürətli olmayacaq. Nəhayət, müxalif A.Navalnının analitik təşkilatı daha bədbin ssenari hazırlayıb. Orada Rusiyanın hələlik iqtisadi ziddiyyətlər içində qalacağı vurğulanır. Bütün bunlar böyük dövlət olan Rusiyanın yaxın gələcəyi ilə bağlı hansı nəticələri çıxarmağa imkan verir?

3 ssenari: islahatlarsız inkişaf mümkündürmü?

Rusiyalı mütəxəssislər ölkənin uzunmüddətli inkişafı ilə bağlı analizlər aparıb, proqnozlar verməyə çalışırlar. İqtisadi İnkişaf və Maliyyə nazirlikləri də rəsmi olaraq bir neçə variant təklif ediblər. Bunlardan başqa, bir sıra strateji tədqiqat mərkəzləri (məsələn, "ФБК" və Kudrinin mərkəzi) öz inkişaf ssenarilərini ictimaiyyətə açıqlayıblar. Xatırladaq ki, "ФБК" klubu (Фонд борьбы с коррупцией - Korrupsiya ilə mübarizə Fondu) aparıcı müxalifət liderlərindən olan Aleksey Navalnı tərəfindən yaradılıb. Keçmiş maliyyə naziri Aleksey Kudrin isə Strateji Tədqiqatlar Mərkəzinə (STM) rəhbərlik edir. Belə görünür ki, Rusiyanın 2035-ci ilə kimi sosial-iqtisadi inkişafı ssenariləri ilə bağlı həm rəsmi, həm bitərəf, həm də müxalif təşkilatlarda analizlər aparılaraq, proqnozlar verilməkdədir.

Maraqlı mənzərə alınıb. Ekspertlər hesab edirlər ki, əslində, bu məsələ ilə əlaqədar ölkədə “proqnozlar ajiotajı” yaranıb (bax: məs., Петр Нетреба. Застой продлится 20 лет / "Газета.Ру", 20 oktyabr 2016). Bir-birindən fərqli qənaət və tezislərə əsaslanan proqnoz müxtəlifliyi müəyyən dərəcədə yayğın mənzərə formalaşdırır. İnsanlar nəyin necə ola biləcəyini dəqiqləşdirə bilmirlər. Ancaq nəzərə almaq lazımdır ki, sürətlə dəyişən dünyada, ümumiyyətlə, dəqiq proqnoz vermək ciddi elmi məşğuliyyət sayılmır. Müəyyən dərəcədə qeyri-müəyyənlik həmişə qalır. Görünür, Rusiyada ajiotaj məsələnin bu tərəfi ilə bağlı deyil. Rəsmi orqanların çox nikbin vədləri fonunda elə də ürəkaçan olmayan mütəxəssis rəyi məyusluq yaradır. Nə etmək olar, siyasət başqadır, elmi proqnoz tamamilə fərqli bir şeydir. Bəs mütəxəssislərin 2035-ci ilə qədər Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı proqnozları necədir?

İqtisadi İnkişaf Nazirliyi 3 variantda ssenari hazırlayıb. Onlar “baza”, “baza+” və “məqsədli” adlanırlar (bax: əvvəlki mənbəyə və: Петр Нетреба. Путину рассчитали стагнацию / "Газета.Ру", 21 sentyabr 2016). Onların hər biri ehtiyatlı yeniləşmələri nəzərdə tutur. 20 il ərzində Rusiya iqtisadiyyatının faktiki olaraq staqnasiya vəziyyətində olacağı proqnozlaşdırılır. Bu zaman neftin qiymətinin ucuzlaşması, əməkhaqqı artımının zəifləməsi və əhalinin sayının azalması gözlənilir (bax: Петр Нетреба. Застой продлится 20 лет / "Газета.Ру", 20 oktyabr 2016). Maraqlıdır ki, analizdə hətta 2024-cü il üçün islahatların aparılması nəzərə alınmayıb. Bu, o anlama gəlir ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkədə sosial-iqtisadi islahatların geniş və əsaslı şəkildə aparılacağına inanmır.

Beləliklə, 2016-cı ilin oktyabrında İqtisadi İnkişaf Nazirliyinin təklif etdiyi hesabatlarda iqtisadiyyatda struktur dəyişiklikləri nəzərə alınmayıb. Baza variantda 18 ilə sənaye istehsalının inkişaf tempi ildə 2%-i keçmir. 2025-ci ildə sənaye istehsalı 2024-cü ilə nisbətən 1,9% artmalıdır, lakin 2035-ci ildə bu rəqəm 1,7%-ə düşməlidir. 2017-ci ildə isə sənaye artımının 1,1% olacağı gözlənilir. Belə çıxır ki, Rusiyada sənaye istehsalı bəzi gözləntilərə zidd olaraq artan xətlə, dəyişkən templə inkişaf edəcək. Uzaq perspektivdə isə hətta bir qədər geriləmə də ola bilər. Bunu mütəxəssislər həyəcan yaradan faktor hesab edirlər.

Sərmayə qoyuluşu dinamikası qısa müddətdə artsa da, 2035-ci ildə azalaraq, ildə 2,5% təşkil edəcəyi proqnozlaşdırılır. Mütəxəssislərin fikrincə, bu model xammal iqtisadiyyatının köklü diversifikasiyasını nəzərdə tutmur, çünki neftin qiyməti onun üçün böyük əhəmiyyət daşıyır (bax: əvvəlki mənbəyə). Neftin qiyməti isə cüzi arta bilər - 2035-ci ildə bir barelin qiymətinin 54,9 ABŞ dolları ola biləcəyi proqnozlaşdırılır. Bunun nəticəsində Ümumi Daxili Məhsul (ÜDM) 2025-ci ildə 2,2% artacaqsa, 2035-ci ildə bu rəqəm yalnız 1,7% təşkil edəcək (bax: əvvəlki mənbəyə).

Bu varianta görə, əhalinin həyat səviyyəsi 20 il müddətində keyfiyyətcə dəyişməyəcək. Əməkhaqqının artımı çox zəif olacaq.

Ən yüksək artım 2025-ci ildə gözlənilir - 2,1%, 2035-ci ildə isə bu rəqəm cəmi 1,6% olmalıdır. ABŞ dolları ilə rublun kursunun 2025-ci ildə 76,9, 2035-ci ildə isə 78,4 olması gözlənilir. Mütəxəssislər ondan narahatdırlar ki, əhalinin iqtisadi cəhətdən fəal hissəsi 2025-ci ildə 72,3 milyondan 2035-ci ildə 68,1 milyon nəfərə qədər azalacaq (bax: əvvəlki mənbəyə).

Alternativ proqnozlar: bədbinlikdən zəif nikbinliyədək

Diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, İqtisadi İnkişaf Nazirliyinin hətta ən nikbin proqnozlarında belə ürəkaçan faktlar çox azdır. Məsələn, "məqsədli" inkişaf ssenarisinə görə, 2025-ci ildə iqtisadi inkişaf cəmi 4,4% təşkil edə bilər. Neftin qiyməti isə 62,9 ABŞ dolları olar. Bu variantda da iqtisadiyyatın xammal üzərində inkişafı modeli əsas götürülür. 2035-ci ildə neftin qiyməti 76,7 ABŞ dolları ola bilərsə, iqtisadi inkişaf tempi azalaraq 3,3% civarında tərəddüd edər (bax: əvvəlki mənbəyə).

Deməli, rəsmi olaraq Rusiyada 2035-ci ilə qədər elə bir inkişaf gözlənilmir. Bu, uzunmüddətli durğunluq deməkdir. Mütəxəssislər əsas maneə kimi İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına uyğun olaraq Maliyyə Nazirliyinin vəsait ayıra bilməməsini göstərirlər. Bu ziddiyyətin aradan qaldırılması yolu isə hələlik tapılmayıb.

"ФБК"nın Strateji Təhlil İnstitutunun gəldiyi qənaətlər daha bədbin xarakterlidir. Onun verdiyi analizə görə, Rusiya iqtisadiyyatının əsas problemi struktur səviyyəsində ziddiyyətlərin olmasındadır. Bu vəziyyətin də yaxın perspektivdə düzələcəyi gözlənilmir. Bu səbəbdən indi tənəzzülün sürətinin yavaşıması müvəqqəti xarakter daşıyır. Gələn il müəyyən dərəcədə iqtisadi irəliləyiş müşahidə oluna bilər. Lakin ilin sonunda Ümumi Daxili Məhsul 1% azala bilər. Rəsmi dairələrin inkişafla bağlı verdikləri vədlər əsassızdır. Bunun əsas səbəbi ölkə iqtisadiyyatının strukturunun qüsurlu olması və bu sahədəki disproporsiyanın mövcudluğudur. Ümumiyyətlə, "ФБК" yaxın 3 ildə Rusiyada inkişafın olacağını proqnozlaşdırmır (bax: Петр Орехин. Тревожный семнадцатый год / "Газета.Ру", 2 dekabr 2016).

A.Kudrinin rəhbərlik etdiyi təhlil mərkəzi də sürətli inkişafı proqnozlaşdırmır. Bu mərkəzin qənaətinə görə, Rusiya yalnız 2024-cü ildən sonra dünya üzrə orta inkişaf səviyyəsinə çıxa bilər. 2025-ci ildə Ümumi Daxili Məhsulun artımı yalnız 30% ola bilər. Bu isə ölkədə 6-7 il müddətində iqtisadi strukturda köklü islahatların aparılması halında mümkündür. Həmin proqnozda əməkhaqqılarının 2035-ci ildə 1,9 dəfə artacağı, inflyasiyanın isə 4%-dən 2,4%-ə düşəcəyi göstərilir. ÜDM-in 2035-ci ildə 2 dəfə artacağını A.Kudrinin rəhbərlik etdiyi mərkəz proqnozlaşdırır (bax: Петр Орехин. Кудрин не верит в быстрый рост / "Газета.Ру", 7 noyabr 2016).

Yuxarıdakı təhlillər onu göstərir ki, Rusiyanın 20 il müddətində inkişaf strategiyası müəyyən ziddiyyətli məqamlarla xarakterizə olunur. Bütövlükdə ölkənin analitik mərkəzləri ciddi dəyişiklik proqnozlaşdırmırlar. Yalnız A.Kudrinin rəhbərlik etdiyi mərkəz islahatların aparılması halında 20 ildən sonra inkişaf sürətinin arta biləcəyini proqnozlaşdırır. Maraqlıdır ki, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi A.Kudrin qədər nikbin proqnozlar vermirlər. Müxalif "ФБК" isə daha bədbin nəticələri gözləyir.

Deməli, yaxın illərdə Rusiyanın sosial-iqtisadi vəziyyəti daha çox siyasi islahatların aparılmasından asılı ola bilər. Əgər bu istiqamətdə demokratikləşmə prosesi ciddi ölçüdə aparılsa, iqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin yüksəlməsi müşahidə olunacaq. Başqa variantlarda köklü irəliləyiş gözlənilmir. Belə çıxır ki, Avrasiya məkanının ən böyük dövlətində hansı sosial-iqtisadi proseslərin üstünlük təşkil edəcəyi yaxın perspektiv üçün dəqiq deyil.

Bu isə regionun başqa ölkələrində də risk faktorunun qalacağı anlamına gəlir. Yalnız müstəqil siyasət yeridən dövlətlərdə davamlı inkişafı müşahidə etmək mümkün olacaq və yuxarıda vurğulanan riskli məqamlardan onların kənarda qalacağını demək mümkündür.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO