SİYASƏT
Rusiya Dövlət Dumasının deputatı: Dağlıq Qarabağa dair danışıqlar prosesində Türkiyənin iştirakını istisna etmək olmaz
Moskva, 14 oktyabr, AZƏRTAC
Dağlıq Qarabağa dair danışıqlar prosesində Türkiyənin iştirakını istisna etmək olmaz.
AZƏRTAC xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Aleksey Çipa bildirib. O qeyd edib ki, Ankara artıq 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların iştirakçısı olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva