Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz son dərəcə təcrübəli dövlət xadimi, səriştəli diplomat və müstəsna istedadlı siyasi xadim olaraq Azərbaycanı günbəgün inkişaf və firavanlaşma yolu ilə irəli aparırsınız. Sizin strateji düşünmək, qəbul olunmuş qərarları ardıcıl surətdə həyata keçirmək və xalqı inamla irəli aparmaq, Azərbaycan dövlətinin sabitliyini və dünya siyasi arenasında mövqelərini ilbəil möhkəmlətmək qabiliyyətiniz səmimi heyranlıq doğurur.

Sizə səmimi qəlbdən tükənməz enerji, möhkəm cansağlığı arzu edir, qardaş Azərbaycanın yeni qələbələri naminə bütün planlarınızın həyata keçməsini diləyirəm.

Hörmətlə,

 

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin