Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Dərbənd şəhərindəki “Dədə Qorqud” Xeyriyyə Fondunun direktoru Rafiq Mövsümovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

“Dədə Qorqud” Fondu adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını milli bayram – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Biz – dərbəndlilər əminik ki, Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın uğurları ildən-ilə artacaqdır.

Bizim hamımız üçün bu əlamətdar gün dostluq, xeyirxahlıq, öz doğma torpağına, mədəniyyətinə və xalqına sevgi bayramıdır.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram. Evlərinizdən xeyir və sevgi, bolluq və firavanlıq əskik olmasın. Qardaş Azərbaycan xalqına bir daha rifah və tərəqqi diləyirəm.

Hörmətlə,

 

Rafiq Mövsümov

Rusiya Federasiyasının Dərbənd şəhərindəki

“Dədə Qorqud” Xeyriyyə Fondunun direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin