Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Dövlət bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün Sizin qurucu fəaliyyətiniz və Azərbaycan sakinlərinin əməksevərliyi respublikada sülhün və sabitliyin qorunub saxlanmasına, iqtisadiyyatın inkişafına və insanların həyatının yaxşılaşmasına çox kömək edir.

Bu əlamətdar gündə Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, firavanlıq, sülh və əmin-amanlıq, gözəl diyarınıza isə bundan sonra da iqtisadi tərəqqi, mənəvi və mədəni inkişafın xeyirxah ənənələrini qoruyub saxlamağı və zənginləşdirməyi arzu edirəm.

Azərbaycan Respublikasının rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə Sizə uğurlar diləyirəm.

Hörmətlə,

 

Yunusbek Yevkurov

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin