SİYASƏT
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi: Rusiya çalışacaqdır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında müvəqqəti üzvlüyü məsələsi müvəffəqiyyətlə həll olunsun
Moskva, 5 oktyabr (AZƏRTAC). Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç həftəlik brifinqdə Azərbaycanın namizədliyinin Rusiya tərəfindən müdafiə olunub-olunmayacağı məsələsini şərh edərkən bildirmişdir. A.Lukaşeviç demişdir: “Müəyyən reaksiya bildirmək mənim üçün çətindir, amma biz, təbii ki, bu məsələnin vacibliyini qiymətləndiririk və başa düşürük. Buna görə də çalışacağıq ki, məsələ müvəffəqiyyətlə həll olunsun və Azərbaycan tərəfini qane etsin”.
A.Lukaşeviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ətrafında yaranmış vəziyyətə toxunaraq qeyd etmişdir ki, Rusiya bundan sonra da səylərin nizamasalma kontekstində hiss olunacaq nəticələrə gətirib çıxaracağına ümid edəcəkdir. O xatırlatmışdır ki, ATƏT-in Minsk qrupunun xüsusi nümayəndələri “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Varşavada prezidentlərlə görüşmüşlər. Nazirliyin nümayəndəsi demişdir: “Biz belə hesab edirik ki, bu əlaqələr tərəflərin danışıq prosesinin dinamikası baxımından öz nəticələrini verəcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva