SİYASƏT
Rusiya Prezidenti Vladimir Putin IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına təbrik məktubu göndərib
AZƏRTAC xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına təbrik məktubunda yer alıb.
Məktubda deyilir: “Forumun iştirakçıları arasında görkəmli siyasətçilər, mədəniyyət və incəsənət xadimləri, habelə böyük alimlər, o cümlədən dünya şöhrətli Nobel mükafatı laureatları var. İndiki görüşün gündəliyinə bizim ümumi mənəvi və intellektual irsimizin qorunub saxlanılması və artırılması, elmin, təhsilin və maarifin inkişafı ilə bağlı aktual məsələlər daxil edilib”.
Rusiya Prezidenti əmin olduğunu bildirib ki, Forum çərçivəsində dolğun fikir mübadiləsi olacaq, xalqlar arasında qarşılıqlı etimadın və anlaşmanın möhkəmlənməsinə, bu son dərəcə mühüm humanitar sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə yönəlmiş yeni ideya və təkliflər işlənib hazırlanacaq.