Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Uşaq Fondunun sədri, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti Dmitri Lixanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiya Uşaq Fondu və Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Uzun illərdir ki, uşaqların müdafiəsi işində birgə işləyirik və layiqli gələcək nəsil formalaşdırmaq kimi ali məqsədə doğru irəliləyirik. Şüarımız dəyişməz olaraq qalır: “Heç bir gün xeyirxah iş olmadan ötüşmür”.

Sizə möhkəm cansağlığı, bol enerji və davamlı xeyirxah əməllər arzulayıram.

Qoy həmişə Sizi uşaqların təbəssümü əhatə etsin, doğmalarınız və yaxınlarınıza xoşbəxtlik və firavanlıq nəsib olsun!

Hörmətlə,

 

Dmitri Lixanov

Rusiya Uşaq Fondunun sədri,

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti,

yazıçı, Rusiyanın Əməkdar jurnalisti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin