Rusiya XİN İrəvanın təklif etdiyi bir-birinə hücum etməmək haqqında paktla bağlı sualı Bakıya ünvanlayıb

Moskva, 31 yanvar, AZƏRTAC
İrəvanın təklif etdiyi bir-birinə hücum etməmək haqqında paktın sülh sazişinə uyğun olması barədə sualı Azərbaycan tərəfinə ünvanlamaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə brifinq zamanı İrəvanın Bakı ilə bir-birinə hücum etməmək haqqında paktın imzalanması təklifi ilə bağlı sualı cavablandıran Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat deyib: “Siz İrəvan tərəfindən bilavasitə Azərbaycan tərəfinə göndərilən bu təklifi düzgün ifadə etdiniz. Zənnimcə, bunun cavabını Azərbaycan tərəfindən soruşmaq lazımdır”.
Onun sözlərinə görə, Moskva əmindir ki, Cənubi Qafqazda sabitliyin və dayanıqlı sülhün bərqərar edilməsinin təminatı 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli razılaşmalar kompleksinin yerinə yetirilməsinin tezliklə bərpa olunmasıdır.
M.Zaxarova bildirib: “Bu, Bakı ilə İrəvan arasında barışığın alternativi olmayan yol xəritəsidir. O, həmçinin sülh sazişinin işlənib hazırlanmasını ehtiva edir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [19:44]
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
- 17.04.2025 [16:34]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 17.04.2025 [15:57]