DÜNYA
Rusiyada meşə yanğınlarının ümumi sahəsi 78,4 min hektara çatıb
Moskva, 30 iyul, AZƏRTAC
Rusiyada meşə yanğınlarının ümumi sahəsi 78,4 min hektara çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə meşə yanğınlarının söndürülməsi ilə məşğul olan “Avialesoxrana” müəssisəsi məlumat yayıb. Bildirilib ki, ötən gün ərzində yanğın sahəsi 1,5 dəfə - 49,8 min hektar artıb. Yanğınların söndürülməsində 4 mindən çox insan iştirak edir.
Yakutiya meşə yanğınlarının ən çox qeydə alındığı regiondur. Burada 47,9 min hektar sahə alova bürünüb. Maqadan vilayəti, Xantı-Mansiysk Muxtar Dairəsi, Çukotkada və Xabarorvsk diyarında da vəziyyət ürəkaçan deyil.
Ümumilikdə Rusiyanın 83 regionunda yanğın təhlükəsi qalmaqdadır, 7 regionda fövqəladə vəziyyət elan olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]