ELM VƏ TƏHSİL
Rusiyalı tələbələr yay təcrübələrini Neft-Kimya Prosesləri İnstitutunda keçirməyə maraq göstərirlər
Bakı, 17 oktyabr, AZƏRTAC
Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin müxtəlif fakültələrinin 10-dan çox tələbəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, akademik Vaqif Abbasov tələbələrlə görüşüb, onlara müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər, qazanılan uğurlar haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Sonra rusiyalı tələbələr akademik Yusif Məmmədəliyevin xatirə muzeyi ilə tanış olublar.
Tələbələr gələn il yay təcrübələrini Neft-Kimya Prosesləri İnstitutunda keçirməkdə maraqlı olduqlarını bildiriblər.