Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, ilk növbədə, Sizə dərin ehtiramımı bildirim və ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim.

Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi diləyirəm.

Uzun illərdir ki, bizim regionlar arasında qarşılıqlı faydalı dostluq münasibətləri inkişaf edir və möhkəmlənir. Heydər Əliyev Fondunun və Bakının Nərimanov rayonunun fəal iştirakı ilə Həştərxan vilayətində bizim region üçün əhəmiyyətli olan bir sıra investisiya layihələri həyata keçirilib. Həştərxan şəhərində Azərbaycan İşgüzar Mərkəzinin, iri logistik habın yaradılması Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında iqtisadi-ticari əlaqələrin spektrini əhəmiyyətli dərəcədə genişləndirir.

Bakı ilə Həştərxan arasında müntəzəm aviareyslərin bərpa edilməsi səmərəli qarşılıqlı fəaliyyətin növbəti parlaq nümunəsidir. Bu aviareyslər işgüzar fəallığı daha da stimullaşdıracaq, turizm əlaqələrini inkişaf etdirəcək və humanitar əməkdaşlığı genişləndirəcək. Bu layihə Sizin şəxsi dəstəyiniz sayəsində mümkün olub. Buna görə Sizə bütün həştərxanlılar adından dərin minnətdarlığımızı bildirirəm.

Səmimi qəlbdən ümid edirəm ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq xalqlarımızın rifahı naminə bundan sonra da səmərəli inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətlə,

 

Sergey Morozov,

Rusiyanın Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin