REGİONLAR
Saatlıda əkinəyararlı torpaq sahələri dövriyyəyə qaytarılır
Saatlı, 24 aprel, Mahir Babayev, AZƏRTAC
Saatlı rayonunda bu mövsümdə taxıl əkinləri 2 min hektardan çox genişləndirilib.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, dəmyə və istifadəsiz qalan torpaqların dövriyyəyə qaytarılması hesabına taxıl sahələri artırılaraq 21 min 88 hektara çatdırılıb.
Bu mövsümdə rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarının sayı da artaraq 20-yə çatıb. Onların istifadəsindəki torpaq sahələrinin 2 min hektarında toxumluq buğda əkilib. Dövlət tərəfindən taxılçılıqla məşğul olan fermerlərə dəstək göstərilməsi bu sahəyə marağı daha da artırıb.
Mütəxəssislərin fikrincə, havalar əlverişli keçərsə, fermerlər taxıl sahələrindən yüksək məhsul götürə biləcəklər.