CƏMİYYƏT
Sabah paytaxtda ümumşəhər sanitar günü keçiriləcək
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər sanitar günü keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gün ərzində şəhərin prospekt və küçələri, səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcək.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.