REGİONLAR
Sabirabadda gənclərin əl işlərindən ibarət sərgi açılıb
Sabirabad, 31 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində Sabirabad rayon Mədəniyyət Mərkəzində rəsm sərgisi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə yeniyetmə və gənc rəssamların çəkdikləri müxtəlif mövzuları əhatə edən rəsm əsərləri nümayiş etdirilib.
Sərgiyə baxış keçirən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev gəncləri təbrik edib, onlara yaradıcılıq uğurları, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.