REGİONLAR
Şabranda Novruz bayramı münasibətilə at yarışları keçirilib VİDEO
Şabran, 14 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 14-də Şabran rayonunun Rəhimli kəndində Novruz bayramı münasibətilə at yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın final mərhələsində 20 çapar birincilik uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda rayonun Udulu kənd sakini Həsən Əliyev birinci, Uzunboyad kəndindən Vüqar Sultanov ikinci, Ağalıq kəndindən Pərviz Əsgərov isə üçüncü olub.
Sonda bütün iştirakçılara həvəsləndirici mükafatlar, Həsən Əliyevə isə kubok təqdim edilib.
Mərasimdə Novruz bayramının adət-ənənələri, milli mətbəximizin nümunələri nümayiş etdirilib və konsert proqramı təşkil olunub.
Qeyd edək ki, Şabranda artıq 8-ci ildir Novruz bayramı ərəfəsində at yarışları keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
- 30.04.2024 [16:32]
Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO
- 30.04.2024 [16:28]
Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib
- 30.04.2024 [15:52]
Lənkəranda baş verən qəzada piyada ölüb
- 30.04.2024 [14:58]